• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məmmədyarovlu komanda

  • 10 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Azərbaycan diplomatları iyulun 9-da peşə bayramlarını qeyd edib.

1919-cu il iyulun 9-da Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul olunub. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsmiləşib.

Novator.az bildirir ki, hazırda Azərbaycan diplomatlarının başında Elmar Məmmədyarov dayanır. 1960-cı il iyulun 2-si Bakı şəhərində anadan olan Elmar Məmmədyarov Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsini və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Tarix elmləri namizədidir.

Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib postlarını tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri, Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri olub.

2003-cü ildən Azərbaycanı İtaliyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

2004-cü ildən xarici işlər naziridir.

Xarici işlər nazirinin 6 müavini var:

Hafiz Paşayev

1941-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini və Atom Enerjisi İnstitutunun (Moskva) aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri doktorudur.

Azərbaycanın ABŞ-da (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub.

2006-cı ildən xarici işlər nazirinin müavinidir.

ADA Universitetinin rektorudur.

Mahmud Məmməd-Quliyev

1949-cu ildə Gəncə şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, orada müəllimlik edib, müxtəlif dövlət orqanlarında xidmət keçib.

1993-cü ildən xarici işlər nazirinin müavinidir.

Bir müddət Azərbaycanın Böyük Britaniyada, İrlandiya, İsveç, Norveç və Danimarkada səfiri postlarını da tutub.

Xələf Xələfov

1959-cu ildə Ermənistanda anadan olub. Kiyev Dövlət Universitetini və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1983-1990-cu illərdə Azərbaycanın Daxili İşlər Nazirliyində çalışıb.

1991-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 2-ci katibi, 1992-ci ildən Müqavilə-Hüquq İdarəsinin rəisi, 1997-ci ildən xarici işlər nazirinin müavini olub.

2018-ci ildə Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

2019-cu ildə yenidən xarici işlər nazirinin müavini vəzifəsinə gətirilib.

Nadir Hüseynov

1960-cı ildə Gəncə şəhərində anadan olub.

Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib.

Tarix elmləri namizədidir.

1983-1992-ci illərdə Azərbaycanın Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri olub.

1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Konsulluq İdarəsinin rəisi postlarını tutub.

2010-cu ildən xarici işlər nazirinin müavinidir.

Ramiz Həsənov

1961-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.

1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında, 1993-1997-ci illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

1997-2004-cü illərdə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini olub.

2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri postunu tutub.

2005-ci ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-ci ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

2018-ci ildən xarici işlər nazirinin müavinidir.

Araz Əzimov

1962-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetini bitirib.

1984-cü ildən Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb.

Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1-ci katib, müdir müavini olub, Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi postunu tutub.

1994-cü ildən xarici işlər nazirinin müavinidir.

Xalq Cəbhəsinin 30 illiyi necə qeyd olunacaq?

  • 10 İyul 2019
  • comments

Büdcənin icrası: qanun rəsmiləşdi

  • 11 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda