• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərhum jurnalistin xatirəsinə həsr olunmuş kitab çapdan çıxıb

  • 05 İyul 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş “Son zəng” kitabı çapdan çıxıb.

Kitaba tanınmış ziyalıların, jurnalistlərin, dostlarının Zabil Müqabiloğlu haqda yazdıqları ürək sözləri, eləcə də Zabilin öz yazıları daxil edilib.

Kitabın hazırlanmasında və nəşr olunmasında deputat Qənirə Paşayevanın, Mətbuat Şurasının və şuranın sədri, deputat Əflatun Amaşovun, publisist, şair Umud Rəhimoğlunun, professor Qulu Məhərrəmlinin, tanınmış jurnalist, redaktor Famil Cəfərlinin, eləcə də bir sıra başqa şəxslərin dəstəyi olub.

İyulun 4-də Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimatı keçirilib.

“Yeni Müsavat” qəzeti xəbər verir ki, təqdimat mərasimində professor Qulu Məhərrəmli, Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, jurnalistlər Yadigar Məmmədli, Rey Kərimoğlu, Jalə Mütəllimova və başqaları çıxış ediblər. Onlar öz qısa ömründə Zabil Müqabiloğlunun maraqlı, mübarizələrlə, yaradıcılıq uğurları ilə, ağrılarla, itkilərlə dolu illər yaşadığını, insanların yaddaşında müsbət obrazı ilə qaldığını vurğulayıblar.

Tədbirdə Zabil Müqabiloğlu ilə bağlı videoçarx da göstərilib. Mərhum jurnalistin bacısı Sevinc Əliyeva Zabilin xatirəsinə göstərilən hörmətə, kitabın nəşrində göstərdikləri köməyə, təqdimatda iştiraka görə təşəkkürünü bildirib.

Kitab “Qanun” nəşriyyatında çap olunub.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatda çalışıb. “525-ci qəzet”də, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Son iş yeri təsisçisi olduğu Gunxeber.com saytı olub.

Zabil Müqabiloğlu 2017-ci il fevralın 26-da vəfat edib.

Zabil Müqabiloğlunun “Sonuncu zəng” yazısı

Zabildən qalan baməzə söhbətlər…

Bir Zabil Müqabiloğlu vardı…

Zabil Müqabiloğlunun kitabı nəşrə hazırlanır

Zabil Müqabiloğlunun oğlu: “Atasız yaşamaq çox pisdir”

Zəngilanda dərs günü

Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi

  • 05 İyul 2019
  • comments

Tənhalıq dövrünün adamları

  • 05 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Anım
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda