• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dolların 16 ayı

  • 05 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İyulun 5-də Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Bu kurs iyulun 8-dək qüvvədə olacaq. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 16 ayı tamamlanır.

Dəyər itirən avro banklara 1,9178, Rusiya rublu 0,0268, Türkiyə lirəsi 0,3028 manata təklif olunur.

Gürcüstan larisi isə 0,6085 manata yüksəlib (Tam siyahı).

Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.

2015-ci il fevralın 21-də və dekabrın 21-də baş vermiş iki devalvasiya ilə dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən dollar banklara 1,7001 manata təklif edilib. 2018-ci il martın 7-dən 1,7 manat həddi dəyişmir.

Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyun aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 643,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar alınıb.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub. Fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 494,3 milyon manat olub. Xarici valyutada 4 milyard 656,1 milyon manat kredit rəsmiləşib. Bunun 724,7 milyon manatı problemli kreditdir.

İyulun 1-nə Mərkəzi Bankın valyuta ehtiyatının həcmi 5 milyard 939,4 milyon dollar göstərilib.

Oyunların mükafatı

  • 05 İyul 2019
  • comments

Azar “Hazard” deyil!..

  • 05 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda