• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyahıyaalma nələri üzə çıxaracaq?

  • 04 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. AZƏRTAC Dövlət Statistika Komitəsinin həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşanın bununla bağlı məqaləsini yayıb.

Yaşar Paşa yazır ki, Azərbaycan ərazisində siyahıyaalmanı çar Rusiyası 1897-ci ildə, sovet hökuməti 1926, 1937, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə keçirib, müstəqillik əldə olunduqdan sonra 1999-cu və 2009-cu illərdə siyahıyaalma aparılıb: “Siyahıyaalma zamanı əhalidən sosial-demoqrafik məlumatlarla yanaşı vətəndaşlıq, qaçqın və ya məcburi köçkün statusunun olub-olmaması, milli (etnik) mənsubiyyət, ana dili, sərbəst danışa bildiyi dillər, nikah vəziyyəti, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq statusu, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun mövcudluğu barədə məlumatlar əldə olunur.

İnsanın yaşaması və normal fəaliyyətdə olması üçün ona fiziki və əqli sağlamlığından sonra ən çox lazım olan amillərdən biri yaşayış yeridir. İnsan məhz normal şəraiti olan, onun tələbatlarını ödəyə bilən müəyyən bir yaşayış yerində yaşamaqla fəaliyyət göstərə bilər. Yaşayış yeri dedikdə ailənin yaşaması üçün təchiz olunmuş bir və ya bir neçə otaqdan ibarət olan daimi tikili nəzərdə tutulur.

Azərbaycanda mənzilə sahiblik faizi dünya ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Bir çox inkişaf etmiş ölkədə insanlar mənzilin baha olması səbəbindən əsasən kirayə evlərdə yaşayırlar. Əhalinin gəlirlərinin əhəmiyyətli hissəsinin məhz kirayə haqlarına xərclənərək istehlak xərclərinin quruluşunda dəyişikliyə səbəb olur. Ölkə əhalisinin fərdi-yaşayış evi və ya mənzil sahibi olmaq imkanlarının artırılması əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, iqtisadi canlanma, yeni iş yerlərinin açılması və iqtisadi inkişafı üçün effektiv imkandır. Siyahıyaalmada mənzil-məişət şəraiti haqqında olan suallar vasitəsilə əldə olunan məlumatlar ölkədə məhrumiyyət səviyyəsinin ölçülməsində əvəzsiz rola sahibdir.

Avropa Statistika Bürosunun qəbul etdiyi normaya əsasən, otaq yaşayış üçün nəzərdə tutulmuş, böyüklər üçün olan çarpayının yerləşə biləcəyi (4 kvadratmetrdən az olmayan), hündürlüyü 2 metrdən çox, tavanı olan yer hesab olunur. Buna yataq, yemək, yaşayış üçün nəzərdə tutulmamış digər otaqlar (mətbəx, balkon, çardaq və sair) daxil deyil.

Sanitar qovşaq, dəhliz və sadəcə olaraq üstü qapalı olan yerlər də otaq kimi qeyd edilmir. Həm şəxsi, həm də biznes fəaliyyəti üçün istifadə edilən otaqlar istisna olmaqla istifadə təyinatı sadəcə biznes fəaliyyəti üçün olan otaqlar da otaqların sayına daxil olunmur. Bunlardan istifadə edərək sıx məskunlaşma dərəcəsi müəyyənləşdirilir:

ev təsərrüfatı üçün bir otaq;

hər bir ər-arvad cütlüyünə bir otaq;

18 yaşdan yuxarı olan hər bir subay şəxslər üçün bir otaq;

eyni cinsdən olan 12-17 yaş arası 2 subay şəxs üçün bir otaq;

müxtəlif cinsdən olan hər bir 12-17 yaş arası subay şəxslər üçün bir otaq;

12 yaşdan aşağı olan iki uşaq üçün bir otaq.

Şəxsin istifadəsində yuxarıdakı hallara uyğun minimum sayda otaq olmasa, həmin şəxs sıx məskunlaşmış ev təsərrüfatında yaşayan şəxs hesab edilir.

Dünya Səhiyyə Təşkilatı isə sıx məskunlaşmanın bir qədər fərqli şəkildə hesablanmasını təklif edir:

sağlam döşəmənin sahəsinin yaşayanların sayına nisbəti (kvadratmetr/adam);

adamların sayının yataq otaqlarının sahəsinə nisbəti;

yataq otaqlarının sahəsinin adamların sayına nisbəti;

adamların sayının yataq otaqlarının sayına nisbəti;

əhalinin sayının evlərin (mənzillərin) sayına nisbəti.

Evdə hər otaq üçün orta hesabla 2,5 adam yaşayırsa, bu zaman orada yaşayan uşaqlar “sıx məskunlaşmış” ev təsərrüfatında yaşayan hesab olunurlar.

Siyahıyaalma vasitəsilə dolğun əldə oluna bilən məlumatlardan biri də əhalinin təhsil səviyyəsidir. BMT İnkişaf Proqramının 2017-ci il üçün hazırladığı “İnsan inkişaf indeksi və göstəriciləri” hesabatında Azərbaycanda savadlılıq səviyyəsi 15 yaşdan yuxarı olan əhali üzrə 99,8 faiz,15-24 yaş arasında olanlar üzrə 99,9 faiz olub.

Əhalinin gəlirləri, onların daxil olma mənbələri cəmiyyətin iqtisadi və sosial inkişafının əsas göstəricilərindən biridir. Gəlirlərin artması insanların istehlakının, yığımının artmasına səbəb olur və bununla da ümumi tələbi artıraraq ölkədə iqtisadi artımı təmin edir. Sərəncamda qalan gəlirlərin artması insanların daha müstəqil həyat sürməsinə şərait yaradır. Gəlir mənbələri haqqında məlumatların toplanması əhalinin həyat keyfiyyətinin ölçülməsi üçün əsas hesab olunur”.

Poçtalyon (Hekayə)

  • 04 İyul 2019
  • comments

Büdcə sənədlərində nə yeniliklər gözlənir?

  • 04 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda