• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanlılar 1 milyon rubl tapıb yiyəsinə qaytardılar

  • 21 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Rusiyanın İrkutsk şəhərində meyvə-tərəvəz satan azərbaycanlılar tapdıqları 1 milyon rublu (24 min 500 manat) yiyəsinə qaytarıblar. Novator.az xəbər verir ki, bunu “Komsomolskaya pravda” qəzeti iyunun 21-də yazıb.

Qəzet hadisəni belə nəql edir. 28 yaşlı Şamxal Gözəlov iyunun 20-də taksiçi dostu ilə birgə banka gedir. Taksiçi də azərbaycanlıdır. Dostlar bankdan çanta və kiçik bağlama ilə çıxan bir kişi görürlər. Kişi maşınına əyləşəndə əlindəki bağlama yerə düşür, bundan xəbəri olmadan maşınını sürərək bankdan uzaqlaşır.

Şamxal bağlamada pul olduğunu ehtimal edir. Yanılmır. Bağlamadan çoxlu rubl – minlik və beşminliklər çıxır.

Azərbaycanlı dostlar dərhal öz maşınlarını pul yiyəsinin dalınca sürürlər.

Onlar aramsız siqnal verməklə, ön faraları yandırıb-söndürməklə, kişinin maşınına yaxınlaşmaqla və onu ötməyə çalışmaqla pul yiyəsini dayandırmaq istəyirlər.

Pul yiyəsi isə maşını saxlamır, izəndiyini düşünərək sürəti artırır.

Axırda Şamxal pəncərədən pul bağlamasını göstərib qışqırır: “Dost, pulunu salmısan!”

Bundan sonra kişi əyləci basır.

Bağlamanı Şamxaldan təhvil alan rusiyalı çox sevinir, ona bir neçə min rubl vermək istəyir.

Şamxal pul götürmür. Axırda kişi Şamxalı güclə öz maşınına oturdaraq yaxınlıqdakı mağazaya aparır və ona 15 min rublluq (367 manat) konyak alıb hədiyyə edir…

Səidə Hüseynova

Parlament sədri Azərbaycanı təcili tərk edib

  • 21 İyun 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (127)

  • 22 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda