• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hulusi Akarın Naxçıvan görüşləri

  • 11 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Mod.gov.az Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Naxçıvan səfəri ilə bağlı bilgilər yayıb.

Səfərin məqsədi Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimini izləməkdir. İyunun 7-də başlayan təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

İyunun 10-da qonaq Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Nazirlər Əlahiddə Ümumqoşun Ordusunun qərargah binasında bir araya gəliblər. Zakir Həsənov qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması üçün Türkiyə ilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığı genişləndirir və bu, regionda sabitliyi təmin edən əsas amillərdəndir.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Həmin gün nazirlər Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsinə və Təlim-Tədris Mərkəzinə baş çəkiblər.

Hulusi Akarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da qəbul edib. Ali Məclisin sədri deyib ki, iki ölkə arasında əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var: “Xüsusilə muxtar respublika ilə hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbiçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Mod.gov.az-ın başqa bir xəbərinə görə, iyunun 12-si Qəbələ şəhərində Zakir Həsənov, Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacağı bildirilir.

Nazirlikdən cəza hesabatı

  • 11 İyun 2019
  • comments

Gömrük daxilolmaları 30,8 faiz artıb

  • 11 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda