• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xüsusi nümayəndə: “Gələcək sazişin mühüm siyasi hissəsi var”

  • 04 İyun 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Avropa İttifaqı və Azərbaycan arasında gələcək sazişin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətə uyğun deyil”. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Turan” agentliyinə müsahibəsində belə deyib.

Toivo Klaar Bakıda səfərdədir. O, iyunun 3-də prezident İlham Əliyevin qəbulunda olub, eyni zamanda müxalifət təmsilçiləri ilə görüşüb.

“Turan”a müsahibəsində Toivo Klaar bildirib ki, Avropa İttifaqı və Azərbaycan ikitərəfli sazişi imzalamağa çox yaxındır. Ticarət və digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlər qaldığını deyən Klaar təfsilatı açıqlamaqdan imtina edib.

Bakı sazişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin daxil edilməsində israr edir? Klaar bu suala da cavab verməkdən yayınıb və deyib ki, sazişin imzalanmasını gözləmək lazımdır: “Nə qədər ki, sazişin mətnini müzakirə edirik, onun təfsilatı ilə bağlı şərh vermək istəməzdim”.

Klaar əlavə edib ki, Azərbaycan tərəfi sazişdə prioritetləri barədə kifayət qədər aydın danışır.

Sazişin imzalanmasının bu qədər uzanmasının səbəbi nədir? Bu suala da xüsusi nümayəndə birmənalı cavab verməyib, sənədin kifayət qədər mürəkkəb olduğunu, onun siyasi, iqtisadi və digər hissələrdən ibarət olduğunu qeyd edib: “İradə nümayiş olunarsa, bu sazişin imzalanmaması üçün səbəb görmürəm”.

“Avropa İttifaqı Azərbaycanda ifadə və mətbuat azadlığının möhkəmlənməsinə necə kömək edə bilər” sualına cavab olaraq Toivo Klaar bildirib ki, bu məsələlər Avropa İttifaqı üçün prioritetdir: “Bütün tərəfdaşlarımızla müzakirələr zamanı bu azadlıqların təmin edilməsi zərurətini qaldırırıq və Azərbaycan istisna deyil”.

Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən xüsusi nümayəndə deyib: “Bildiyiniz kimi, Avropa İttifaqı münaqişənin nizamlanması üçün aparılan danışıqların iştirakçısı deyil, amma biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik, mənim rolum da bu səyləri dəstəkləməkdən ibarətdir.

Prezident İlham Əliyev mənə hazırki vəziyyəti necə qiymətləndirdiyi, hansı çağırışların, hansı imkanların olduğu barədə məlumat verib.

Bu ayın sonlarında Yerevana səfər etməyi və müzakirələri Ermənistan rəhbərliyi ilə davam etdirməyi planlaşdırıram”.

Brüsseldə Qarabağ və demokratiya bəyanatları

Avropa Parlamenti Azərbaycan üçün şərtlər qoyur

Avropa Parlamenti Azərbaycanla danışıq aparanlara şərtləri xatırladıb

Elmar Məmmədyarov: “Çətinliklərimiz də var”

Milli Şuradan Avropa yolu çağırışı

Fəlakətin dərsləri

  • 04 İyun 2019
  • comments

Çempionlar Liqası və Avropa Liqasına qatılan koman...

  • 04 İyun 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda