• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İftar mərasimində deyilənlər

  • 24 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 23-ü öz iqamətgahında iftar süfrəsi açıb. Ramazan ayı münasibətilə təşkil olunan mərasimə prezident İlham Əliyev də qatılıb.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev çıxışında ənənə halı alan iftar mərasimlərinin dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəni mümkün risklərdən qorumaq dövlətin əsas vəzifəsidir.

“Biz milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq” deyən prezident islam dəyərlərini milli-mənəvi dəyərlərin ayrılmaz hissəsi kimi xarakterizə edib, Azərbaycanın islamı olduğu kimi – sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin davam etdiriləcəyini bildirib.

Dövlət başçısı Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırıb, ölkənin islam həmrəyliyinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan İlham Əliyev deyib: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur, son illərdə yüzlərlə məscid tikilib, təmir edilib: “Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib”.

Ramazan ayı mayın 6-da başlayıb. Bayram iyunun 5-də qeyd olunacaq.

“Futbol+” aksiyaya getdi, əməkdaşlara yenə söz ver...

  • 23 May 2019
  • comments

Kəşfiyyatçıların pensiyası: yenilik qüvvəyə mindi

  • 24 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda