Mərkəzi Bank mayın 10-da avronun məzənnəsini 1,9083 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, Rusiya rublu (0,0261 manat) və Türkiyə lirəsi də (0,2766 manat) bahalaşıb.
Dəyər itirən Gürcüstan larisi banklara 0,6213 manata təklif olunur.
ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb. Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvar hərraclarında fonddan 634,9 milyon dollar, fevral hərraclarında 316,2 milyon dollar, mart hərraclarında 600,5 milyon dollar, aprel hərraclarında 423,7 milyon dollar alınıb.