• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı erməni futbolçuya təminat verir

  • 10 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Mayın 29-u UEFA Avropa Liqasının Bakı finalında İngiltərənin “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək. Novator.az bildirir ki, matçın bir özəlliyi də “Arsenal”ın heyətində erməni Henrix Mxitaryanın olmasıdır. UEFA-nın mətbuat xidmətinin bununla bağlı xüsusi məlumatında bildirilir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Henrix Mxitaryanın Bakı səfərinə hər hansı əngəl yaradılmayacağını vəd edib və onun təhlükəsizliyinə tam təminat verib.

Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar təşkilat komitəsinə baş nazirin birinci müavini Yaqub Eyyubov sədrlik edir. AFFA prezidenti Rövnəq Abdullayev final oyununun Bakıda keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəridir.

Təşkilat komitəsində Azad Rəhimov (gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti), Elmar Məmmədyarov (xarici işlər naziri), Ramil Usubov (daxili işlər naziri), Kəmaləddin Heydərov (fövqəladə hallar naziri) və başqa rəsmilər var.

Henrix Mxitaryan 1989-cu ildə Yerevanda anadan olub. “Arsenal”a qədər Ermənistanın “Pünik”, Ukraynanın “Metallurq”, “Şaxtyor”, Almaniyanın “Borussiya” (Dortmund), İngiltərənin “Mançester Yunayted” klublarında oynayıb. Ermənistan milli komandasının kapitanıdır.

Futbolçu işğal altında olan Azərbaycan torpaqlarına səfərləri və separatçı Dağlıq Qarabağ rejiminə yardımları ilə tanınır.

Henrix Mxitaryan Dortmund “Borussiya”sında oynayanda onun komandası Avropa Liqasında “Qəbələ” ilə bir qrupda mübarizə aparıb. O, 2015-ci il oktyabrın 22-si Bakıda keçirilən oyuna gəlməyib, noyabrın 5-i Dortmundda isə Azərbaycan komandasının qapısına top vurub.

Bu mövsüm “Arsenal” Ağdamın “Qarabağ” klubu ilə bir qrupda yarışıb. Henrix Mxitaryan 2018-ci il oktyabrın 4-ü Bakıda keçirilən oyuna gətirilməyib, dekabrın 13-ü Londonda isə ehtiyat skamyasında yer alıb.

Klub turnirlərinin bütün qalibləri

  • 10 May 2019
  • comments

Əliyev ziyarəti

  • 10 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda