• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müşavirədə cəzalar

  • 23 Aprel 2019
0
SHARES
FacebookTwitterPinterest

Ədliyyə Nazirliyi prezident İlham Əliyevin aprelin 3-də imzaladığı məhkəmə-hüquq islahatları fərmanında qoyulan tapşırıqları müzakirə edib.

Novator.az bildirir ki, 3 aprel fərmanında Ali Məhkəməyə və Baş Prokurorluğa cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə qanun layihələrini hazırlamaq tövsiyə olunub. Ədliyyə Nazirliyi eyni yöndə tapşırıq alıb.

Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması; hakimlərin maddi təminatının əhəmiyyətli dərəcədə artırılması; məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi; məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi; bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi məsələlərinə və başqa məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlamalıdırlar.

Ədliyyə Nazirliyinə “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi məqsədilə tədbirlər görmək tapşırılıb.

Sənəd Azərbaycanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılmasını da nəzərdə tutur.

Aprelin 22-də yayılan rəsmi məlumata görə, Ədliyyə Nazirliyində bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib. Nazir Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini qeyd edib, icra işinin yaxşılaşdırılması üzrə görülən tədbirləri və qarşıda duran vəzifələri vurğulayıb. O, dövlət başçısının 3 aprel fərmanının işin müasir çağırışlara uyğun qurulmasına xidmət etdiyini bildirib, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, yeni İcra Məcəlləsi layihəsinin hazırlanması, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə məlumat verib. Nazir məhkəmə qərarlarını tam və vaxtında icrasını təmin etmək, bu sahədə süründürməçilik və sui-istifadə hallarının qarşısını qətiyyətlə almaq, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə göstərişlər verib.

Müşavirədə yerli icra qurumlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onların 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, icra və probasiya qurumlarının 16 əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.

Birinci rübün vergi hesabatı

  • 22 Aprel 2019

Seçki yarışı ikinci tura qaldı

  • 23 Aprel 2019

Son materiallar

comments
Xəbər

Qəbələdə “Qarabağ” nöqtəsi

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

Rəylər

Do not miss

comments
Xəbər

Qəbələdə “Qarabağ” nöqtəsi

Son materiallar

comments
Xəbər

Qəbələdə “Qarabağ” nöqtəsi

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
Xəbər

Seçicilərin sayı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

comments
Xəbər

Əli Əliyevin üçüncü məhkəməsi

comments
Xəbər

Məhkəmə bloqçunu həbsdə saxladı

comments
ManşetXəbər

Azərbaycan komandalarının potensial rəqibləri

comments
ManşetXəbər

Subsidiyanın sualı

comments
Xəbər

“Azərbaycan Dəmir Yolları”nın yenilənmiş strukturu

comments
Xəbər

İnformasiya: qanun yenilikləri son oxunuşdan keçdi

comments
Xəbər

126 dollar həndəvəri

comments
ManşetŞərh

Gömrük yükü

comments
Xəbər

Telefonu əlindən alınmış vətəndaş prezidentə üz tutub

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
AktualManşetXəbər

Beş ayın və beş ilin populyar adları

comments
AktualManşetXəbər

Çempionlar Liqasına buraxılan bütün komandalar

comments
Dünyanın səsiManşetXəbər

Sabiq prezident ev dustağı oldu

comments
Xəbər

Füzuli, Cəbrayıl, Zəngilan reydi

comments
Dünyanın səsiManşetXəbər

Şoltsun fikrincə, Putin yalnız bir halda gerçək danışıqlara gedər

comments
Dünyanın səsiManşetXəbər

Antonio Quterreş: “Nüvə təhlükəsi yenidən reallığa çevrilib”

comments
AktualDünyanın səsiManşetXəbər

Parlament 40 yaşdan yuxarı şəxslərin orduya çağırılmasına səs verdi

comments
Xəbər

Rəsmilərin qəbul günləri

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
ManşetXəbər

Səlim Müslümov evə buraxılıb

comments
Xəbər

Polad Aslanovdan ifadə alınıb

comments
ManşetXəbər

ABŞ Azərbaycana yeni səfir göndərir

comments
Xəbər

Koronavirus hesabatı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda