• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nizamnaməsi təsdiqləndi

  • 19 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Aprelin 19-da fərman imzalayan prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nizamnaməsini təsdiqləyib.

Novator.az bildirir ki, fevralın 6-da yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair Azərbaycanın mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevi Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağıraraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.

İdarə Heyətinin digər üzvlərinin təyinatı da prezidentin səlahiyyətindədir. Bu qurum Nazirlər Kabinetinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada bilər.

Mərkəzin ilkin nizamnamə fondu 100 min manatdır.

Onun əmlakı həmçinin təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitdən formalaşır.

19 aprel fərmanında prezident mərkəzə qurumun strukturunu təsdiqləməyi tapşırıb.

Nazirlər Kabineti mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay müddətində təsdiqləməlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

Bağışlamasa yaxşıdır

  • 19 Aprel 2019
  • comments

Biz deməsək…

  • 20 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda