74 dollar həndəvərində
- 17 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Neftin qiyməti artır. AZƏRTAC-ın 17 aprel məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 72,03 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 64,53 dollara yüksəlib.
Azərbaycan nefti “AzəriLayt”a 73,78 dollar qiymət qoyulduğu bildirilir.
2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82 dollarla start verib.