• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistlər Moskva razılaşması barədə nə düşünür?

  • 16 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın aprelin 15-i Rusiyanın paytaxtı Moskvada keçirdiyi görüşdə KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıq əldə edilib.

Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq. Belə səfərlər lazımdırmı? Təklif olsa, Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfər etmək istərdinizmi? Novator.az jurnalistləri bu suallarla danışdırıb.

Xalid Kazımlı:

– Media işinin özəllikləri, funksiyası və əhəmiyyəti baxımından bir jurnalistin dünyanın istənilən nöqtəsinə səfər etməsi vacibdir, maraqlıdır. Ancaq bu cür səfərlərin təşkilində məqsədin nə olduğuna baxmaq lazımdır. İki düşmən və bitməyən müharibə vəziyyətində olan ölkənin jurnalistlərinin gediş-gəlişi anormal haldır. Burada məqsəd məkrlidir. Bu təşəbbüsün sahibinin niyyəti mövcud durumu dondurmaq, münaqişəni həll etmədən bu cür saxlamaq və tərəflərin bu durumla barışmasını təmin etməkdir.

Jurnalistlərin qarşılıqlı səfərlərinin ardınca başqa peşə sahiblərinin gediş-gəlişi də başlayacaq, get-gedə emosiyalar soyuyacaq, qarşılıqlı iltifatlar, dostluqlar yaranacaq və Qarabağ unudulacaq.

Qarabağ münaqişəsi ədalətlə çözülsün, ərazi bütövlüyümüz bərpa olunsun, ondan sonra media qurumlarımız lap Yerevanda müxbir postu saxlasınlar. İndiki zamanda bu, riyakarlıqdan və baş altına yeni balış qoymaqdan başqa bir şey deyil.

Mən işğaldakı torpaqlarımıza səfər missiyasına qoşulmazdım. Bu mənim üçün travma demək olardı. İşğal altında olan kəndimizin işğal altında olmayan yeni qəbiristanlığına gedəndə, boz təpədən yaşıl kəndimizə baxanda istər-istəməz gözümdən yaş gəlir. Gedib düşmən tapdağı altında olan torpaqlarımıza ayaq basanda kövrəlmək qaçılmaz olar və bu, düşməni sevindirər, özümüzdə əziklik hissi yaradar.

Yəqin ki, o torpaqlara müzəffər əsgərlərimizlə birlikdə getmək qismət olacaq. Ermənistana isə səfər etmək olar. Bu, məqbuldur.

İradə Tuncay:

– Səfər söhbəti danışılırsa, deməli, olacaq. Mən getmək istəməzdim.

Qurban Yaquboğlu:

– Məsələyə jurnalist marağından yanaşılsa, bu təklifə ürəkdən “hə” deyərəm. Amma münaqişənin mürəkkəbliyini, torpaqlarımızın işğal altında olduğunu, danışıqların qapalı aparılması səbəbindən detalları bilmədiyimizi nəzərə alsaq, müəyyən tərəddüdlər də istisna deyil.

Şəxsən mən uzun müddət xalq diplomatiyasını bizi vəziyyətlə barışdırmağa yönələn addım kimi dəyərləndirmişəm. Bu baxımdan mənim bu suala indinin özündə də aydın cavabım yoxdur.

Rövşən Hacıbəyli:

– Elmar Məmmədyarovun illərdir davam edən danışıqlarından heç nə gözləmirəm. Sülh çağırışlarını da növbəti baş aldatma sayıram. Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi, Ermənistan rəsmilərinin ara-sıra müharibə çağırışı, əlavə işğal hədələri sülhə yer qoymur. Detalları açıqlanmayan indiki “razılaşma” da başımızın altına yenə uzun müddətə yastıq qoymaqdır.

Bu səfərlərdən nəticə gözləmirəm və heç bir halda o səfərlərdə iştirak etmərəm.

Üç aylıq miqrasiya hesabatı

  • 16 Aprel 2019
  • comments

Hərracda qiymət yüksəlişləri

  • 16 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda