• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konstitusiya Məhkəməsi prokurorluğun sorğusuna nə cavab verdi?

  • 15 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrini əlaqəli şəkildə şərh edərək qərar çıxarıb.

Respublika Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu ilə müraciətində Cinayət-Prosessual Məcəlləsinin özbaşına müdafiədən və müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan müdafiəçinin imtinasına dair qadağanı nəzərdə tutan 92.10.1 və 92.10.3-cü maddələrinin, habelə şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında müdafiəçinin vəzifəsini deyil, hüququnu nəzərdə tutan 244.2-ci maddəsinin şərh edilməsini istəyib. Sorğu onunla əsaslandırılıb ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə 244.2-ci maddəsi arasında uyğunsuzluq yaranır, bir sıra hallarda müdafiəçi istintaq hərəkətinin qanuna uyğun aparılmamasının müdafiə etdiyi şəxsin qanuni mənafelərinə zidd olması və istintaq hərəkətində iştirakın onun vəzifəsi deyil, hüququ olmasına əsaslanaraq belə iştirakdan imtina edir.

Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə 244.2-ci maddəsi arasında hər hansı ziddiyyətin mövcud olmadığı qənaətinə gəlib. Qərara əsasən, Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir: “Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirakdan imtinasını da ehtiva edir.

Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz”.

Cəhənnəmdən keçmiş mələk (117)

  • 13 Aprel 2019
  • comments

Finlandiya: müxalifət seçkini uddu

  • 15 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0
comments
Xəbər

28 mart qiyməti

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Qiymətə rəqabət əlacı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

Son materiallar

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0
comments
Xəbər

28 mart qiyməti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda