• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daldan atılan daş

  • 10 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribuna

Qubad İbadoğlu

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 233 min ton soğan istehsal olunub, bu da 2017-ci ildən 25 min 503 ton çoxdur. 2013-cü ildə 158 min ton, 2016-cı ildə 178 min ton soğan tədarük edilmişdi. Göründüyü kimi, ötən 5 ildə soğan istehsalında artım qeydə alınıb.

Ötən il istehsal artsa da, ixrac azalıb. 2017-ci ildə ixrac 56 min 612 ton təşkil etdiyi halda 2018-ci ildə bu göstərici 40,6 min tona qədər azalıb. Deməli, ötən il tədarük olunan soğanın daha çox hissəsi ölkədə qalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin üç rübündə ölkəyə 246,5 ton, 2017-ci ildə isə 2 milyon 188 ton soğan idxal olunub. İstehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646,5 ton, 2017-ci ildə 153 min 73 ton soğan daxili istehlaka yönəlib. Bu o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kiloqram, 2018-ci ildə 19,4 kiloqram soğan yeyilib və yaxud 2018-ci ildə soğan istehlakı 2017-ci illə müqayisədə 40 min ton çox olub.

İstehlakda artımın izahatını vermək çətindir, ancaq rəsmi rəqəmlərin təhlili göstərir ki, ötən il soğana tələbatın artımı bahalaşmada əhəmiyyəti rol oynayıb.

Bununla bağlı hökumətin gördüyü tənzimləmə tədbirlərinə gəlincə, soğanın idxalına 2016-cı ilin oktyabrından tətbiq edilən rüsumun ləğvi, eləcə də ixraca 2019-cu il aprelin 1-dən mayın 31-dək tətbiq edilən yeni rüsum qərarları ən azı üç ay gecikib. Çünki bu ilin ilk iki ayında Azərbaycandan 7 min 300 ton soğan ixrac edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 100 ton çoxdur. İxraca rüsumun tətbiqi qərarının yanvarın 1-dən verilməsi ölkədən ən azı 7 min ton soğanın ixracının qarşısını ala bilərdi və təbii ki, bu da qiymətlərin tarazlaşmasında əhəmiyyətli rol oynaya bilərdi.

Azərbaycanda istehlak bazarını tənzimləmək üçün zəruri olan qərarlar bir çox hallarda ya verilmir və ya da vaxtında verilmədiyindən onun səmərəsi olmur.

Baş nazir seçkini udur

  • 10 Aprel 2019
  • comments

Reportyorlar (18)

  • 10 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda