• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Final mərhələsi mümkünsüz görünür”

  • 28 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

2020-ci ilin Avropa futbol çempionatının seçmə mərhələsinin E qrupunda yarışan Azərbaycan milli komandası səfərdə keçirdiyi ilk oyunda Xorvatiyaya 1:2 hesabı ilə uduzub. Slovakiya – Macarıstan matçı 2:0, Uels – Slovakiya matçı 1:0, Macarıstan – Xorvatiya matçı 2:1 hesabı ilə başa çatıb.

Slovakiya, Uels, Macarıstan və Xorvatiyanın 3 xalı var, Azərbaycan isə xalsızdır. Final raunduna qrupda ilk iki yeri tutan komandalar adlayacaq.

Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az-a deyib ki, E qrupunda Azərbaycanın rəqiblərinin gücü təxminən eynidir və onların hər birindən xal almaq mümkündür: “Bəli, ancaq xal almaq, kimisə büdrətmək. Avropa çempionatının final mərhələsinə çıxmaqsa indiki vəziyyətdə mümkünsüz görünür.

Rəqiblərimizin son oyunlardakı ümumi heyətinə baxın. Uelsin heç bir futbolçusu öz ölkəsində oynamır. Slovakiyanın 2, Xorvatiyanın 4, Macarıstanın 8, bizimsə 17 futbolçumuz yerli çempionatda çıxış edir. Fərq bundadır.

Milli komandamızın heyətində legioner futbolçuların, yəni səviyyəli çempionatlarda oynayanların sayı artmadıqca nəyəsə ümid etməyin mənasız olduğunu düşünürəm. Çünki bizim çempionat səviyyəsinə görə Avropanın heç ilk 20-liyinə də düşmür.

Ramil Şeydayevə baxın, Rusiya premyer liqasında oynamağa başladıqdan sonra inkişafı göz qabağındadır”.

E qrupundakı qalan oyunların təqvimi:

8 iyun

Xorvatiya – Uels

Azərbaycan – Macarıstan

11 iyun

Azərbaycan – Slovakiya

Macarıstan – Uels

6 sentyabr

Slovakiya – Xorvatiya

Uels – Azərbaycan

9 sentyabr

Azərbaycan – Xorvatiya

Macarıstan – Slovakiya

10 oktyabr

Xorvatiya – Macarıstan

Slovakiya – Uels

13 oktyabr

Macarıstan – Azərbaycan

Uels – Xorvatiya

16 noyabr

Azərbaycan – Uels

Xorvatiya – Slovakiya

19 noyabr

Uels – Macarıstan

Slovakiya – Azərbaycan.

Bölgələrdən niyə xəbər yoxdur?

  • 28 Mart 2019
  • comments

Vizasız səfər reytinqi

  • 28 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycan yeni geosiyasi reallıq yaradır – “Yerusəlim Post”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda