• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zərərli maddələrin 84,6 faizi avtomobillərdən gəlir

  • 27 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi atmosferə buraxılan zərərli maddələr haqqında hesabat yayıb. Rəsmi məlumata görə, 2018-ci ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına buraxılan çirkləndirici maddələrin həcmi 2017-ci illə müqayisədə 37,9 min ton azalaraq 1 milyon 122,6 min tona düşüb. Bunun 84,6 faizi avtomobillərdən atılan tullantılar olub.

Hesabata əsasən, stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 6,4 faiz, avtomobillərdən atılmış maddələrin həcmi 2,7 faiz azalıb.

Ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9 faizi təmizləyici qurğular vasitəsilə zərərsizləşdirilib. Sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində havaya il ərzində 1,2 min ton zərərli maddələrin buraxılmasının qarşısı alınıb.

Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7 min ton, Şirvan şəhərində 1,9 min ton, Sumqayıt şəhərində 0,3 min ton azalıb, Bakıda isə 7,9 min ton artıb.

Atmosferə atılmış zərərli tullantıların 66,7 faizini karbohidrogenlər, 12,1 faizini azot oksidi, 9,7 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini digər çirkləndirici maddələr təşkil edib.

Şəhid doğma kəndində torpağa tapşırılıb

  • 27 Mart 2019
  • comments

Telefon səhhəti baltalayır

  • 27 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda