• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xüsusi xidmət orqanlarının əməkdaşları təltif olundu

  • 27 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Martın 27-də sərəncam imzalayan prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova general-leytenant ali hərbi rütbəsi verib.

Digər sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları ali hərbi rütbələr alıb. General-mayor İsmayıl Bağırova general-leytenant ali hərbi rütbəsi, polkovniklər Araz Əhmədova, Zaur Əliyevə, Sultan Fərzəliyevə general-mayor ali hərbi rütbəsi verilib.

Başqa bir sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin 6 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 8 hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə, 8 hərbi qulluqçusu “İgidliyə görə” medalı ilə, 12 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Cəfərova isə əməkdar müəllim fəxri adı alıb.

Azərbaycanda milli təhlükəsizlik orqanı yaradılmasından 100 il ötür. Orqanın əsası 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri kimi qoyulub, iyun ayında isə Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatı yaradılıb.

Novator.az bildirir ki, 1920-ci ildə qurulan sovet rejimi dövründə Azərbaycanın xüsusi xidmət orqanı bu adları daşıyıb: Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis olunub. 2015-ci ilin dekabrında həmin nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına qərar verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postunu general-polkovnik Mədət Quliyev tutur.

Böyük pullar kimlərin işinə yarayıb?

  • 27 Mart 2019
  • comments

Riki Martin Papadan böyük xristiandır

  • 27 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda