• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şamaxı səfəri

  • 07 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıya baş çəkiblər. Onlar zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evinə gedən İlham Əliyev və birinci xanım çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.

Sonra dövlət başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evə baxış keçiriblər.

Həmin gün onlar zəlzələdən zərər çəkmiş ailələr üçün dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməl mərasiminə də qatılıblar.

AZƏRTAC xəbər verir ki, Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışı da olub.

Fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşüb, sosial təsisatlara və infrastruktur obyektlərinə ziyan dəyib. Dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin büdcəsindən iki milyon manat ayrılması haqqında sərəncam imzalayıb, tikinti və təmir işlərinə başlanıb.

Martın 7-də imzalanan başqa sərəncamla zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılıb.








O, universitet müəlliminin simvolunu yaradan fenom...

  • 07 Mart 2019
  • comments

Avropa Məhkəməsi ölkəni məhbus fəala görə cərimələ...

  • 07 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda