• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həmsədrlərin Yerevana səfəri başlayıb

  • 20 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Fevralın 20-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skoferin (ABŞ) Ermənistan paytaxtı Yerevana səfəri başlayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin xarici işlər naziri Zöhrab Mnasakanyan və baş nazir Nikol Paşinyanla görüşlər keçirəcəyi bildirilir.

Novator.az bildirir ki, bu gün Azərbaycanın işğal edilmiş torpaqlarında rəsmi bayram – “Dirçəliş Günü” keçirilir.

1988-ci il fevralın 13-dən Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağın qanunverici orqanı SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.

Sonralar işğalçı rejim fevralın 20-ni təqvimdə “Dirçəliş Günü” kimi rəsmiləşdirib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər, eləcə də Xocalı şəhəri ermənilərin əlinə keçib.

1992-ci il mayın 8-9-da Şuşa şəhərinin işğalı ilə Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam itirib.

Müharibənin sonrakı mərhələsində Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

1994-cü il mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Reportyorlar (12)

  • 20 Fevral 2019
  • comments

127 nəfərlik siyasi məhbus siyahısı

  • 20 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Partiyalar ələnir

GLOBALS:0
comments
Xəbər

Son dövrə yolunda

GLOBALS:0
comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
comments
ManşetXəbər

Ümumi təhsil müəssisələri müstəqillik güzgüsündə

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyalar ələnir

Son materiallar

comments
ManşetXəbər

Partiyalar ələnir

GLOBALS:0
comments
Xəbər

Son dövrə yolunda

GLOBALS:0
comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda