Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup fevralın 20-də yeni siyahı açıqlayıb. Novator.az-ın məlumatına görə, Xədicə İsmayıl, İntiqam Əliyev, Akif Qurbanov, Anar Məmmədli, Günay İsmayılova, Xalid Ağalıyev, Rövşən Hacıbəyli, Samir Kazımlı, Sevinc Vaqifqızı və Səməd Rəhimlinin daxil olduğu qurum 127 nəfəri siyasi məhbus sayır.
Jurnalist və bloqçular bölümünə 9 nəfərin adı salınıb: Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Mehman Hüseynov, Əfqan Muxtarlı, Ziya Əsədli.
Siyahıda şair Tofiq Həsənlinin, hüquq müdafiəçisi Əliabbas Rüstəmovun adları yer alır.
Siyasi və ictimai fəallardan 18 nəfər siyasi məhbus sayılır: İlkin Rüstəmzadə, Asif Yusifli, Fuad Qəhrəmanlı, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Fuad Əhmədli, Gözəl Bayramlı, Əlikram Xurşidov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov, Azad Həsənov, Əbülfəz Sadıqov.
Sənəddə 67 inanclı fəalın adları çəkilir: Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırov, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-Əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev.
Ömürlük həbs cəzasına məhkum olunan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov siyasi məhbus hesab edilirlər.
14 nəfər sosial etirazlarla bağlı tutulanlardır: Vasif İbrahimov, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev, Talıb Ağamaliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev.
Siyahıda sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş prokurorluq işçisi Rüfət Səfərov da yer alır.
Məhbusların 4-ü siyasi girovlar (qohumları ictimai-siyasi fəal olan şəxslər) bölümündə göstərilir: Elnur Seyidov, Mübariz Abdullayev, Murad Ədilov, Emin Saqiyev.
8 nəfər Səid Dadaşbəyli və onunla birgə tutulanlardır: Rəşad Əliyev, Fərid Ağayev, Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev.