• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlqar Məmmədovun işi: məhkəmə baxışı təxirə salınıb

  • 05 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Fevralın 5-i Ali Məhkəmədə Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədovun şikayətinə baxılmalı idi.

Lakin məhkəmə baxışı təxirə salınıb.

Novator.az-ın məlumatına görə, buna İlqar Məmmədovun kassasiya şikayətinə müəyyən düzəlişlər etməsi səbəb olub.

Ali Məhkəmə şikayətə martın 28-də baxmağı qərara alıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uzun məhkəmə çəkişmələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarından sonra 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu azadlığa buraxıb. İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.

Lakin İlqar Məmmədov ona tam bəraət verilməsini istəyir. Buna görə o, Şəki Apellyasiya Məhkəməsinin 2018-ci il avqustun 13-də çıxardığı qərardan da şikayətçidir.

Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.

2008-ci ildə Respublikaçı Alternativ (REAL) Hərəkatını yaradıb və ona rəhbərlik edib.

2018-ci ilin aprelində hərəkatın bazasında Respublikaçı Alternativ Partiyası (REAL Partiya) təsis olunub. Təsis qurultayında İlqar Məmmədov partiya sədri seçilib.

Bakının icra başçısına tabe yeni qurum yaradıldı

  • 05 Fevral 2019
  • comments

Rusiyanın baş naziri Rüstəm İbrahimbəyovu təbrik e...

  • 05 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda