Sosial media hesablarının təşviqi və idarə olunması üzrə ixtisaslaşmış “We Are Social & Hootsuite” beynəlxalq agentliyi internet istifadəçilərinin sayı ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, dünya əhalisi orta hesabla həyatının dörddə birini internetdə keçirir. Günün 6 saat 42 dəqiqəsi saytları gözdən keçirməyə, xəbərləri oxumağa və şəbəkələrdə ünsiyyətə sərf olunur. Bu, ilin 100 günü deməkdir.
Agentliyin məlumatına görə, 2019-cu ilin əvvəlinə internet əhlinin sayı 7 milyard 670 milyona çatıb. Mobil telefonla internetə girənlərin sayı 5 milyard 110 milyon göstərilir.
İnternetə giriş səviyyəsində ən yüksək göstərici Şimali Amerikada və Şimali Avropadadır: 95%. Qərbi Avropada bu göstərici 94%, Şərqi Avropada isə 80%-dir.
Cənub-Şərqi Asiya əhalisinin 63%-i, Mərkəzi Afrika sakinlərinin 12%-i internetdən istifadə edir.
Hesabata görə, ən qısa “onlayt həyat” Yaponiyada (3 saat 45 dəqiqə), ən uzun “onlayt həyat” Filippindədir (10 saat 2 dəqiqə).
Səidə Hüseynova