Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevral ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər aşağı olacaq.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal edilir.
Ayın əvvəllərində hava şəraitinin yağıntılı keçəcəyi gözlənir.
Ay ərzində Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 2-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 2-4 dərəcə isti) olacaq.
Digər bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir:
Naxçıvan Muxtar Respublikası – 0-3 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 10-15, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy – 0-3 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl – 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz – 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-2, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti).