• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Psixoloji yardım: yeni qanunda nələr var?

  • 28 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Psixoloji yardım haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, psixoloji yardım dedikdə psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər nəzərdə tutulur.

Psixoloji problem – şəxsin özü, peşə fəaliyyəti, şəxsiyyətlərarası münasibətlər, ailə vəziyyəti və (və ya) şəxsi həyatının digər problemləri ilə bağlı psixoloji narahatlığıdır.

Qanun Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.

Psixoloji yardımın formaları bunlardır: psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqənin formasından asılı olaraq – bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə); iştirakçıların sayından və tərkibindən asılı olaraq – fərdi, cütlük, ailə, qrup; davam etmə müddətindən asılı olaraq – təcili, birdəfəlik, qısamüddətli (12 məşğələyə qədər), uzunmüddətli (12 məşğələdən çox).

Dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) göstərilən yardımın növləri belə sıralanır: psixoloji profilaktika və maarifləndirmə – psixoloji problemləri yaradan amillər və şəraitlər haqqında məlumatlanma; psixoloji konsultasiya – şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesi; psixoloji dəstək – şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkar edilməsi və qarşısının alınması; psixoloji müayinə (diaqnostika) – şəxsin normal həyat ahəngini pozan, onun davranış və münasibətlər sisteminə təsir edən psixoloji problemlərinin öyrənilməsi və göstəriləcək psixoloji yardımın növünü, formasını və həcmini düzgün müəyyən etmək məqsədi ilə psixoloji yardım alan şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi; psixoterapiya – psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi; psixoloji reabilitasiya və psixoloji korreksiya – psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafı; psixoloji treninq (psixoloji təlim) – psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulu.

Bu şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ var: “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan vətəndaşlarının; təhsil müəssisələrində təhsilalanların; tutulmuş və həbs edilmiş şəxslərin; penitensiar müəssisələrdə cəza çəkən şəxslərin; cəza çəkməkdən azad edilmiş şəxslərin; məişət zorakılığından zərər çəkmiş şəxslərin; Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların; sosial xidmətə götürülmüş şəxslərin (ailələrin); fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin; peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin; tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin; insan alverinin qurbanı olmuş şəxslərin.

Milli Şura bəyanat yayıb

  • 25 Yanvar 2019
  • comments

Kirayə sistemində təzə qayda

  • 28 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda