Ərzaq 3,5% ucuzlaşıb
- 10 Yanvar 2019
- comments
- Novator.az
- Posted in Xəbər
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2018-ci il üzrə hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2018-ci ildə ərzaq qiymətləri indeksi 2017-ci illə müqayisədə 3,5% azalaraq 168,4 bəndə düşüb.
2018-ci ildə dünya üzrə ən çox şəkərin qiymətində enmə qeydə alındığı bildirilir. Ötən il bitki yağlarının, ətin və süd məhsullarının da ucuzlaşdığı, taxılın isə bahalaşdığı vurğulanır.
Hesabata görə, 2018-ci ildə taxılın qiymət indeksi 165 bəndə çatıb. Bu, 2017-ci illə müqayisədə 9% çoxdur.
Bitki yağlarının qiymət indeksi 144 bənd (2017-ci illə müqayisədə 15% aşağı), ətin qiymət indeksi 166,4 bənd (2017-ci illə müqayisədə 2,2% aşağı), süd məhsullarının qiymət indeksi 192,9 bənd (2017-ci illə müqayisədə 4,6% aşağı) təşkil edib.
2018-ci ildə şəkərin qiymət indeksi 2017-ci ilə nisbətdə 22% düşüb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ərzaq məhsulları 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz bahalaşıb.
Səidə Hüseynova