• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibbi sığorta arayışı

  • 09 Yanvar 2019
  • Posted in ManşetŞərh
3
SHARES
FacebookTwitterPinterest

Ötən il dekabrın 20-də prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Novator.az bildirir ki, sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.

AZƏRTAC-ın arayışına görə, TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir: “Qanuna əsasən, icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi baza hissəsi və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənəcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürənin hesabladığı əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunanın – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

İcbari tibbi sığorta sisteminin tətbiqi dövlət büdcəsindən ayırmalar, istehsal və xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və digər mənbələrdən daxil olan vəsait hesabına da həyata keçiriləcək. Hazırda icbari tibbi sığorta sisteminin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla onların idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanır.

İcbari tibbi sığorta sistemi iki ildir pilot rayonlar (Mingəçevir şəhəri və Yevlax rayonu) üzrə həyata keçirilir. Nəticələrə əsasən, layihənin əhatə etdiyi ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb. Cərrahi müdaxilələr sırasında ürək əməliyyatları üstünlük təşkil edib.

İcbari tibbi sığorta sisteminin tətbiqindən pilot rayonların həkimləri də razıdırlar. Bu ərazilərdə həkimlərin və tibb işçilərinin maaşlarında yüksəlişlərdən sonra onlar arasında məvacibləri 5-6 min manatdan çox olanların da sayı artıb”.

Pensiya artımının detalları

  • 09 Yanvar 2019

Avro yenə yüksəlişdə

  • 09 Yanvar 2019

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

comments
ManşetTribunaYazarlar

Qaçılmaz yenilik

comments
ManşetXəbər

Bakı: hansı rayonda nə qədər maaş alırlar?

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

comments
ManşetŞərh

Müddətli xidmət müddəti keçir

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
ManşetTribunaYazarlar

Çingiz Hüseynov: “Qınamaq istəməzdim, amma susmaq da xəyanətdir”

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda