• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinqə razılıq verilmədi

  • 09 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-də keçirmək istədiyi mitinqlə bağlı müraciətini cavablandırıb.

Meriyadan partiyaya göndərilən cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun sayılmadığı vurğulanıb.

Novator.az xəbər verir ki, yanvarın 9-da Müsavat bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqi məqsədəuyğun saymadığını bildirərkən heç bir əsaslı səbəb göstərməyib.

Partiya meriyanın bu qərarının “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna zidd olduğunu bəyan edir.

Müsavat aksiyada bloqçu Mehman Hüseynova və siyasi məhbus kimi tanıdığı digər şəxslərə azadlıq tələb etməyi nəzərdə tuturdu.

9 yanvar bəyanatında bildirilir ki, Müsavat Pariyası ölkədə fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma hüququnun təmin olunması, Mehman Hüseynov barəsində qaldırılan cinayət işinin xətm edilməsi uğrunda mübarizəsini davam etdirəcək: “Müsavat Partiyası bir daha hakimiyyətdən Mehman Hüseynovun və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir”.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yanvarın 3-də və 6-da Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə sanksiyalaşdırılmamış aksiyalar keçirilib.

Reportyorlar (6)

  • 09 Yanvar 2019
  • comments

Avtomatik pensiya: yeni bilgi yayılıb

  • 10 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
comments
ManşetXəbər

Ümumi təhsil müəssisələri müstəqillik güzgüsündə

GLOBALS:0
comments
ManşetXəbər

Zamin Salayevin davası

GLOBALS:0
comments
ManşetXəbər

Qarabağ ermənilərinə daha bir görüş təklifi

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

Son materiallar

comments
ManşetXəbər

Qazaxıstan Məclisində qüvvələr nisbəti

GLOBALS:0
comments
ManşetXəbər

Ümumi təhsil müəssisələri müstəqillik güzgüsündə

GLOBALS:0
comments
ManşetXəbər

Zamin Salayevin davası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda