İsveçrənin “Henley & Partners” şirkəti vizasız səfər reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, güclü pasportların reytinq cədvəlinə Yaponiya başçılıq edir. Bu ölkənin pasportu ilə 190 ölkəyə vizasız səyahət etmək olar.
Sinqapur və Cənubi Koreya pasportlarına 189 ölkədə yaşıl işıq var.
Azərbaycan pasportu ilə 66 ölkəyə vizasız səfər etmək mümkündür.
Latviya və Litva pasportları ilə 180, Estoniya pasportu ilə 179, Ukrayna pasportu ilə 128, Moldova pasportu ilə 122, Rusiya pasportu ilə 119, Gürcüstan pasportu ilə 114, Belarus pasportu ilə 77, Qazaxıstan pasportu ilə 76, Qırğızıstan pasportu ilə 64, Ermənistan pasportu ilə 61, Özbəkistan və Tacikistan pasportları ilə 58, Türkmənistan pasportu ilə 53 ölkəyə vizasız səfər imkanı var.
Türkiyə pasportunun sahibi 111, İran pasportunun sahibi isə 42 ölkəyə vizasız girmək hüququ alır.
Siyahını İraq və Əfqanıstan qapadır. Bu ölkələrin pasportları ilə 30 ölkəyə vizasız getmək olar.