Sputnikarmenia.ru saytı “2019-cu ildə Ermənistanda ilk növbədə nəyi dəyişmək gərəkdir” sualı ilə internet sorğusu keçirir. Novator.az bildirir ki, cavab variantlarından biri “Dağlıq Qarabağ münaqişəsinin həlli”dir. Yanvarın 8-nə olan nəticələrə görə, Sputnikarmenia.ru-nun oxucularının 14,5%-i Dağlıq Qarabağ münaqişəsinin həllini 2019-cu ilin ən başlıca vəzifəsi kimi göstərir.
Sorğuya qatılanların 36%-i iş yerləri yaratmağı həllini gözləyən əsas məsələ sayır.
Maaş və pensiyaları artırmağı oxucuların 15,4%-i, korrupsiyanı aradan qaldırmağı 13,7%-i, cinayətkarlığın səviyyəsini azaltmağı 8,5%-i, konstitusiyanı dəyişməyi 6,8%-i, vergiləri azaltmağı 5,1%-i, 2019-cu ilin əsas vəzifəsi hesab edir.