• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bu məhkəməmdə nə olacaq?

  • 08 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

İlqar Məmmədov

Məni 5 il 6 aydan çox həbsdə saxlamış hökm haqqında Ali Məhkəmə dördüncü dəfə qərar çıxarmağa hazırlaşır. Bu özü-özlüyündə gülüncdür.

Veriləsi qərarın möcüzəli variantlarını indi nəzərdən keçirməyə, əlbəttə, dəyməz. Ancaq real qərarlardan və onların nəticələri barədə danışa bilərik.

Birinci variant

Real ehtimalların müsbətindən başlayaq. Məhkəmənin “yadına düşə” bilər ki, əvvəlcə məni Cinayət Məcəlləsinin ağır olmayan maddələri ilə tutmuşdular (315.2 və 233-cü maddələr) və ancaq aylarla həbsdə yatandan, ara sakitləşəndən sona maddəmi ağırlaşdırıb 220.1-ci etdilər.

Əvvəlki maddəni geri qaytarıb 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası və 6 ay şərti cəza təyin etsələr, həmin 6 illik müddət düz fevralın 5-dəcə sona çatır.

Belə qərardan sonra hər 10 gündən bir Probasiya Xidmətinə gedib imza atmağım lazım olmayacaq, ölkədən kənara səfər də edə biləcəm.

Lakin az ağır cinayətlər üçün cəzanı çəkib qurtarmış şəxslərə iki illik “məhkumluq” müddəti də şamil olunur. Qərar mülayim olsa, yəni məhkumluq müddəti 2020-ci ilin fevralında qurtarsa, yalnız həmin ildən sonra hər hansı seçkidə namizəd ola bilərəm.

Erkən seçkilər təyin olunmasa, bunu müvəqqəti məqbul saymaq olar, çünki parlament seçkisi 2020-ci ilin noyabrında keçirilməlidir.

Lakin məhkumluğumu yerindəcə silmək imkanına da malikdirlər. Çünki cəzamı ağır cinayətlərə görə məhkum olunanların cəzaçəkmə müəssisəsində çəkmişəm. Az ağır cinayətlərə aid müəssisələr isə nisbətən liberallığı ilə seçilir. Bu fakt məhkumluğun da dərhal ləğvi üçün məntiqi əsasdır. Bu halda erkən seçkidə də namizəd ola bilərəm.

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin mənimlə bağlı qərarının icra edilməməsinə görə Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Böyük Palatasında Avropa İnsan Hüquqları Konvensiyasının qərarların məcburi qüvvəsi və icrasına dair 46.4-cü maddəsinə əsasən Azərbaycana qarşı prosedura başlayıb.

Böyük Palatanın qarşıdakı qərarına təsir etməməli olsa da, yuxarıda təsvir edilən ssenari Böyük Palatanın qərarının necə tətbiq edilməsi məsələsinə Avropa Şurasının siyasi qurumu olan Nazirlər Komitəsinin münasibətini yumşaldar.

İkinci variant

Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayır. Statusum dəyişmir: 2020-ci ilin avqustuna qədər hər 10 gündən bir Probasiya Xidmətinə gedib imza atmaqda davam edirəm, ölkədən çıxa bilmirəm və 2026-cı ilin avqustuna qədər seçkilərdə iştirakım qadağandır.

46.4-cü maddə üzrə Böyük Palatanın qarşıdakı qərarının tətbiqi bu halda Azərbaycandakı hakim rejim üçün çox mənfi təzahürlər alacaq.

Başqa nəticələri hələ müzakirə etmirəm.

Üçüncü variant

Ali Məhkəmə məni geriyə, cəzaçəkmə müəssisəsinə qaytarır. Belə bir addımın nəticələrini burada müzakirə etmirəm, çünki onları öncədən görmək çətindir.

Mənbə: İlqarreal.livejournal.com

Novator.az-ın xatırlatması:

İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxlayıb.

2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib, onun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.

2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb.

2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib. Sorğu ilə bağlı icraat Böyük Palataya, yəni Avropa Məhkəməsinin ən ali qurumuna verilib.

Böyük Palata İlqar Məmmədovun işində öhdəliyin pozuntusunu tanıyarsa, sənədlər Nazirlər Komitəsinə tədbirlər (sanksiyalar) görməsi üçün geri qaytarıla bilər. Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

2017-ci il noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulduğu (bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulması deməkdir) və Azərbaycan dövlətinin ona 10 min avro kompensasiya ödəməli olduğu barədə də qərar çıxarıb. 2018-ci il iyunun 29-da Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin bu qərarına görə İlqar Məmmədovun işinə yenidən baxıb. Plenum kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin İlqar Məmmədov barəsində qərarlarını ləğv edib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun azadlığa buraxılmasına hökm verib. İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.

Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.

2008-ci ildə Respublikaçı Alternativ (REAL) Hərəkatını yaradıb və ona rəhbərlik edib.

2018-ci ilin aprelində hərəkatın bazasında Respublikaçı Alternativ Partiyası (REAL Partiya) təsis olunub. Təsis qurultayında İlqar Məmmədov partiya sədri seçilib.

Dövlət ittihamçısı Məmməd İbrahimə cəza istədi

  • 08 Yanvar 2019
  • comments

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

  • 08 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda