• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçilərin məhkəməsi başladı

  • 07 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin işi üzrə hazırlıq iclası keçirilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır. Digər hakimlər Cavid Hüseynov və Samir Əliyevdir.

Məhkəmə qarşısına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli çıxarılıb.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.

Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də saxlanıblar.

Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri İlhamə Həsənova, Cavad Cavadov, Fariz Namazlı, Aqil Layıcov müxtəlif vəsatətlər qaldırıblar. Vəsatətlərin heç biri təmin olunmayıb. İş üzrə məhkəmə baxışı yanvarın 15-nə təyin olunub.

Azadliq.org xəbər verir ki, iclası izləməyə gələnlərin əksəriyyəti məhkəmə zalına daxil ola bilməyib. Məhkəmə binasının qarşısında hazırlıq iclasını müşahidə etmək istəyən AXCP üzvləri ilə polislər arasında insident baş verib. Polis bəzi cəbhəçiləri tutaraq aparıb. Polisin tutduğu cəbhəçilər bir neçə saat sonra sərbəst buraxılıblar.

Banklar qəddini dikəldir?

  • 07 Yanvar 2019
  • comments

Yeni sistemin ilk pensiyaçısı

  • 08 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda