• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nədən danışıblar?

  • 28 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə dekabrın 27-si Moskvada keçirdiyi görüşün bəzi məqamlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, dekabrın 28-də özünün “Feysbuk” səhifəsində canlı yayıma çıxan Nikol Paşinyan görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə heç bir müzakirə aparılmadığını bəyan edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yaranmış durumun qısa müzakirə olunduğunu vurğulayan Nikol Paşinyan qeyd edib ki, Ermənistanın mövqeyi köklü qərarların qəbul olunmasıdır: “KTMT-nin nizamnaməsinə elə dəyişiklik edilməlidir ki, hazırda yaranmış durumu tənzimləyə bilsin və indiki kimi müzakirələrə ehtiyac qalmasın”.

Nikol Paşinyan qaz məsələsinə toxunulduğunu qeyd edib, ancaq hələ qərar qəbul olunmadığını vurğulayıb: “Müzakirələr davam etdiriləcək. İkitərəfli münasibətlərdə qaz məsələsi həssas mövzudur. Ümid edirəm ki, hər şey bizim ürəyimizcə olacaq”.

Rusiya 2019-cu ilin yanvarından Ermənistana ixrac etdiyi qazın qiymətini 1000 kubmetr üçün 150 dollardan 215 dollara qaldırmaq istəyir.

Hərbi-siyasi birlik olan KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Qurumda ali vəzifəli şəxs olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. 2018-ci il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb. Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.

Ermənistan baş katib postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib. Ancaq KTMT-nin digər üzvləri, əsasən də Belarusla Qazaxıstan Ermənistan nümayəndəsinin yenidən baş katib olmasını istəməyib. Noyabrın 8-i üzv ölkələrin liderlərinin daxil olduğu ali orqanın – Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən iclasında baş katibi seçmək mümkün olmayıb və məsələ dekabrın 6-na – Sankt-Peterburq sammitinə saxlanıb. Ancaq həmin sammit təxirə salınıb, baş katib məsələsini işçi qaydada müzakirə ilə yoluna qoymaq qərara alınıb.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov dekabrın 25-də açıqlama yayıb. Qeyd olunub ki, KTMT-nin baş katibi postuna namizədliyi irəli sürülmüş Belarus təmsilçisi Stanislav Zas dekabrın 12-dən 20-dək Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya prezidentləri ilə görüşlər keçirib, bu görüşlərdə onun baş katib təyin olunması təklifi dəstəklənib.

Mətbuat katibi Stanislav Zasın Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşünün daha sonraya saxlandığını bəyan edib.

Məlumata görə, KTMT Katibliyi Stanislav Zasın baş katib təyin olunması haqqında qərar layihəsi hazırlayıb və üzv ölkələrin müzakirəsinə təqdim edib.

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildir...

  • 28 Dekabr 2018
  • comments

Bakıda yeni yol

  • 28 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda