• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bank hədəflərini açıqlayıb

  • 28 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mərkəzi Bank 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Qeyd olunur ki, 2018-ci ildə neftin qiymətinin 2017-ci ilə nisbətən 35% yüksək olması iqtisadi artıma dəstək verib və tədiyyə balansının tarazlığını təmin edib: “Xarici sektorda müsbət meyllər 2018-ci ilin son rübündə də davam edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 11 ayda xarici ticarət balansında 7,6 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43,3%, o cümlədən qeyri-neft ixracı 10,2% artıb. Strateji ehtiyatlar ilin əvvəlinə nəzərən 7% artaraq 44,8 milyard ABŞ dollarına çatıb, 31 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 3 dəfə üstələyir.

11 ayda ümumi daxili məhsul (ÜDM) real olaraq 1%, o cümlədən qeyri-neft sektorunda 1,3% artıb. Əhalinin real gəlirlərində 6,7%, ev təsərrüfatlarına kreditlərin həcmində 15% artım qeydə alınıb. İnvestisiyaların həcmi 11 ayda 12,9 milyard manat olub, bunun da 48,2%-i özəl sektorun payına düşüb. Orta illik inflyasiya 2,3% təşkil edib, kredit qoyuluşları 6,9% artıb.

2019-cu il və ortamüddətli dövr üçün başlıca strateji vəzifə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsidir. Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

Növbəti ilə və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% səviyyəsində saxlamaqla qiymət sabitliyinin qorunması olacaq.

Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Hesablamalar göstərir ki, manatın ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri onun möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

2019-cu ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar bu qrafiklə ictimaiyyətə təqdim ediləcək: 1 fevral, 15 mart , 26 aprel, 7 iyun, 26 iyul, 13 sentyabr, 25 oktyabr, 13 dekabr”.

Bakı-Gəncə sürət qatarında gediş haqqı

  • 28 Dekabr 2018
  • comments

Yeni nəşrlərin dərci və endirim kampaniyası davam ...

  • 28 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda