• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir

  • 28 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Məhbus bloqçu Mehman Hüseynov ona yeni cinayət işi açılandan bir gün sonra – dekabrın 27-də evlərinə zəng edib.

Məlumatı bloqçunun mühacirətdə yaşayan qardaşı Emin Hüseynov yayıb.

Emin Hüseynov “Turan” agentliyinə deyib: “Dekabrın 27-si Mehman evə zəng edib və saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində 10 günlüyə karserə (cərimə kamerasına) salındığını, təzyiqə məruz qaldığını söyləyib. Söhbət bir dəqiqədən az çəkib”.

Emin Hüseynovun bildirdiyinə görə, telefon söhbətində Mehman cəzaçəkmə müəssisəsi əməkdaşını döyməsi haqda yayılan rəsmi məlumatın yalan olduğunu vurğulayıb.

Qardaşının sözlərinə görə, bu günədək Mehmana ittiham irəli sürülməyib, çünki cinayət işi hələlik Penitensiar Xidmətin bəyan etdiyi fakt üzrə açılıb: “Mehman vəkilləri ilə görüş tələb edir. Amma vəkillərini onun yanına buraxmırlar. Mehman yeni cinayət işinə, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz olaraq istintaqa ifadə verməkdən imtina edib və müddətsiz aclıq aksiyasına başlayıb”.

Penitensiar Xidmət hələ ki, Emin Hüseynovun dediklərinə münasibət bildirməyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.

Bu cəzanın başa çatmasına iki ay iki həftə qalmış, 2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Şimalda qar

  • 28 Dekabr 2018
  • comments

Nədən danışıblar?

  • 28 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda