Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib. Novator.az bildirir ki, təqvimə görə, 1, 2 yanvar Yeni il bayramı, 20 yanvar Ümumxalq Hüzn Günü, 8 mart Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9 may Faşizm Üzərində Qələbə günü, 28 may Respublika Günü, 5, 6 iyun Ramazan bayramı, 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, 12, 13 avqust Qurban bayramı, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin günlər iş günləri hesab edilmir.
İstirahət günlərinin bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr, altıgünlük iş həftəsində 25 mart istirahət günləridir.
Rəsmi elan olunanadək istehsalat təqvimində dekabrın 27-si iş günü hesab edilməyən bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.
2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü, iş günü hesab edilməyən 103 istirahət günü (4-ü bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq Hüzn Günü var.