• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbəsə kitab aksiyası keçirilib

  • 24 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 22-də Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun təşəbbüsü ilə paytaxtda kitab sovqatı aksiyası keçirilib.

Aksiyada siyasətçilər, ictimai fəallar, yazarlar, jurnalistlər və digər şəxslər iştirak ediblər. Onlardan topanan kitablar adı siyasi məhbus kimi keçən şəxslərin saxlandığı həbsxanalara göndəriləcək.

Aksiyanın koordinatorlarından olan jurnalist Xədicə İsmayıl (digər koordinator hüquq müdafiəçisi İntiqam Əliyevdir) “Turan”a açıqlamasında yüzlərlə kitab toplandığını söyləyib. O deyib ki, kitablar məhbuslara ailələri vasitəsilə çatdırılacaq.

İndiyədək bir neçə dəfə belə aksiya keçirilib.

Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Belə məhbuslar arasında jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, Mehman Hüseynov, hüquqçu Əliabbas Rüstəmov, siyasətçilər Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əlikram Xurşidov, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, sabiq səhiyyə naziri Əli İnsanov və başqaları göstərilir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi motivlə həbs olunmadığını, siyasi məhbuslarla bağlı siyahıların həqiqəti əks etdirmədiyini vurğulayır.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

 

Büdcədə medianın payı

  • 24 Dekabr 2018
  • comments

Mustafa Hacıbəyli nəzarətə götürüldü

  • 24 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda