• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibb sistemində yeni təşkilat

  • 21 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, dekabrın 20-də imzalanan sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. Qurumun fəaliyyətinə ümumi rəhbərlik və nəzarət üç üzvdən ibarət İdarə Heyətinin səlahiyyətində olacaq. İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəyə təyin edəcək.

Prezident Administrasiyasına dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı işlərə cari rəhbərliyi həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını iki ay müddətində təsdiqləməlidir.

Cəhənnəmdən keçmiş mələk (101)

  • 21 Dekabr 2018
  • comments

“Azərenerji”yə yenə vəsait ayrıldı

  • 21 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
comments
Xəbər

Borca faiz: yenilik imzalandı

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda