• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azərenerji”yə yenə vəsait ayrıldı

  • 21 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə yenidən vəsait ayrılıb. Dövlət başçısı İlham Əliyevin dekabrın 20-də imzaladığı sərəncamla “Azərenerji” 2018-ci ilin dövlət büdcəsindən, prezidentinin ehtiyat fondundan “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kilovoltluq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə 10 milyon manat alacaq.

Bu il iyulun 3-də Azərbaycanın enerji sistemində iki böyük qəza baş verib, Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji”nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi göstərilib.

Sentyabrın 4-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji”nin prezidenti vəzifəsindən azad edib. Onu Balababa Rzayev əvəzləyib.

Novator.az bildirir ki, oktyabrın 30-da dövlət başçısı “Azərenerji”yə 48 milyon manat ayırıb. Sərəncam Mingəçevir şəhərindəki istilik elektrik stansiyasının fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə əsaslandırılıb.

Prezidentin 30 noyabr sərəncamı əsasında “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji”yə 12 milyon manat ayrılıb.

Dekabrın 17-də imzalanan başqa bir sərəncamla “Azərenerji” Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi, həmçinin zəruri avadanlıqların tədarük edilməsi üçün 30 milyon manat alıb.

Tibb sistemində yeni təşkilat

  • 21 Dekabr 2018
  • comments

Qoruqların idarəçiliyi dəyişir

  • 21 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda