Novator.az 2019-cu ilin iş günü olmayan dövlət bayramlarının siyahısını diqqətə çatdırır.
Yeni il 1-2 yanvarda (çərşənbə axşamı, çərşənbə) qeyd olunacaq.
Qadınlar Günü – martın 8-i cümə gününə düşür.
20-24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, şənbə və bazar günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşəndə həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. Martın 23-ü şənbəyə, 24-ü bazara düşdüyünə görə 25-26 mart da (bazar ertəsi, çərşənbə axşamı) istirahət günləridir.
Mayın 9-u – Qələbə Günü cümə axşamına düşür.
Respublika Günü mayın 28-i – çərşənbə axşamı qeyd olunacaq.
5-6 iyun (çərşənbə, cümə axşamı) Ramazan bayramıdır.
Qurtuluş Günü iyunun 15-nə – şənbəyə təsadüf edir, bu səbəbdən iyunun 17-si də (bazar ertəsi) istirahət günüdür.
Silahlı Qüvvələr Günü – iyunun 26-sı çərşənbəyə düşür.
Qurban bayramı 12-13 avqustda (bazar ertəsi, çərşənbə axşamı) qeyd olunacaq.
Dövlət Bayrağı Günü – 9 noyabr şənbəyə təsadüf edir, buna görə noyabrın 11-i də (bazar ertəsi) istirahət günüdür.
Həmrəylik Günü dekabrın 31-də (çərşənbə axşamı) qeyd ediləcək.