• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Teleradionun dili: monitorinq nə göstərib?

  • 05 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Azərbaycanda teleradio qurumları ədəbi dil normalarına nə dərəcədə riayət edir? Milli Televiziya və Radio Şurası Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri ilə birgə bunu öyrənib. Avqust və sentyabr aylarında aparılan monitorinq “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində reallaşıb.

Bakıdan yayımlanan 6 telekanalın (İctimai TV, ATV, “Space”, “Lider”, “Xəzər”, ARB) və 12 radionun (İctimai Radio, “Azad Azərbaycan”, “Antenn”, “105.5 FM”, “Jazz FM”, “Space”, “Xəzər”, “Media FM”, “Araz FM2, “Avto FM”, “ASAN”) verilişləri monitorinqə cəlb olunub.

Monitorinqin nəticəsi dekabrın 5-də paytaxtda keçirilən tədbirdə açıqlanıb. Bildirilib ki, televiziya və radio verilişlərində ədəbi dil normaları dilin bütün səviyyələri üzrə – istər fonetik, leksik, qrammatik, istərsə də üslubi səviyyədə pozulur.

Bütövlükdə televiziya və radio verilişlərində 4633 pozuntu qeydə alınıb. Bunun 2765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə yol verilmiş pozuntulardır.

Pozuntuların 3120-si televiziya verilişlərində – 564-ü xəbər buraxılışlarında, 2554-ü digər verilişlərdə qeydə alınıb. Bunların 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir.

Radio verilişlərində 1017 pozuntu qeydə alınıb (219-u xəbər buraxılışlarında, 796-sı digər proqramlarda). Bu pozuntuların 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubi səviyyəyə aiddir.

Televiziya reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu qeydə alınıb, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərində və verilişlərində 388 norma pozuntusu qeydə alınıb (310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi səviyyədə).

Monitorinqin nəticəsi açıqlanarkən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, teleradio şirkətlərinin rəhbərləri işə adam götürəndə onun Azərbaycan dili üzrə biliklərini yoxlamalıdırlar.

Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, dil probleminə reklamlarda və tibbi proqramlarda daha çox rast gəlinir. Şou xarakterli verilişlərdə varvarizmlər baş alıb gedir, aparıcılar bayağı, loru sözlər işlədirlər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, ölkə başçısı İlham Əliyev dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı” haqqında sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd olunub.

Amma həmin sərəncamda sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni fərman imzalayıb. Həmin fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil ediləcək, lazımi nəticələr çıxarılacaq”.

“Röyter” 3 min 200 əməkdaşını ixtisar edəcək

  • 05 Dekabr 2018
  • comments

Qaban ilinin yubilyarları

  • 05 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda