• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın “Avroviziya 2019” təmsilçisi nə vaxt seçiləcək?

  • 05 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Novator.az Azərbaycanın “Avroviziya 2019” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisinin nə vaxt müəyyənləşəcəyi ilə maraqlanıb. Dekabrın 5-də İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildiriblər ki, “Avroviziya 2019”un milli seçiminin vaxtı və qaydaları təqribən iki həftədən sonra müəyyənləşəcək.

Azərbaycanın “Avroviziya 2018”dəki təmsilçisi ötən il noyabrın 8-də münsiflər heyətinin qərarı ilə seçilmişdi.

“Avroviziya 2019” may ayında İsrailin baş şəhəri Tel-Əvivdə keçiriləcək. Mahnı müsabiqəsinə qatılacaq 42 ölkədən Ermənistan öz təmsilçisini müəyyənləşdirib: müğənni Srbui Sərkisyan.

1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır.  İlk on iştirakda Azərbaycan finalda təmsil olunub. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

“Avroviziya 2018”də təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Əşrəf Fəxri

Bölgələrin kredit göstəriciləri

  • 05 Dekabr 2018
  • comments

Reportyorlar (1)

  • 05 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
comments
Xəbər

Borca faiz: yenilik imzalandı

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda