Londonda yerləşən Legatum İnstitutu rifah reytinqi açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq tərtibçiləri ölkələri iqtisadi inkişaf, biznes mühiti, dövlət idarəçiliyi, təhsil, səhiyyə, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital və ekologiya meyarları əsasında müqayisə ediblər.
Azərbaycan 149 ölkə arasında 99-cu yerdədir. Qonşular – Gürcüstan 80-ci, Ermənistan 88-ci, Türkiyə 93-cü, Rusiya 96-cı, İran 108-ci pillədə yer alır.
Estoniya 26-cı, Litva 36-cı, Latviya 40-cı, Qazaxıstan 73-cü, Qırğızıstan 78-ci, Belarus 89-cu, Moldova 98-ci, Tacikistan 101-ci, Ukrayna 111-cidir.
Ən firavan 10 ölkə reytinq cədvəlində belə sıralanır: Norveç, Yeni Zelandiya, Finlandiya, İsveçrə, Danimarka, İsveç, Böyük Britaniya, Kanada, Niderland, İrlandiya.
Reytinq cədvəlinin sonuncu – 149-cu pilləsində Əfqanıstan dayanır.