UEFA Avropa Liqasının E qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” komandası noyabrın 29-da ağır zərbə alıb. Novator.az-ın məlumatına görə, Bakıda “Sportinq”lə (Portuqaliya) görüşən ağdamlılar 1:6 hesabı ilə uduzublar.
Ukraynada “Vorskla” klubunun qonağı olan “Arsenal” (İngiltərə) rəqibini 3 cavabsız topla yenib.
Beş turdan sonra “Arsenal” 13 xalla birinci, “Sportinq” 10 xalla ikinci yeri təmin edib. Bu klublar 1/16 finalda yarışacaqlar. 3 xallı “Vorskla” və “Qarabağ”ın isə ələnmələri rəsmiləşib.
Qrup turnirinə dekabrın 13-də keçiriləcək “Arsenal” – “Qarabağ” və “Sportinq” – “Vorskla” oyunları ilə yekun vurulacaq.