• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstanda yeni prezident

  • 29 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Gürcüstanda noyabrın 28-də keçirilmiş prezident seçkisinin – ikinci turun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 59,5 faizlə prezident seçilib.

“Güc birlikdədir” müxalif hərəkatının dəstəklədiyi Qriqol Vaşadze 40,5 faiz səs toplayıb.

1952-ci ildə Fransa paytaxtında, gürcü mühacirlərin ailəsində anadan olan Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb. Fransanın İtaliyadakı səfirliyində üçüncü katib, BMT-dəki nümayəndəliyində ikinci katib, ABŞ-dakı səfirliyində birinci katib, Çaddakı səfirliyində birinci katib postlarını tutub.

Salome Zurabişvili 1992-ci ildən Fransanın NATO-dakı nümayəndəliyinin birinci katibi, 1993-cü ildən Fransanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini olub, sonrakı illərdə Fransa Xarici İşlər Nazirliyində çalışıb.

2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-cü ildən bu ölkənin xarici işlər naziri olub.

2005-ci ildə nazir postundan gedən Salome Zurabişvili bir müddət ictimai hərəkat, sonra partiya lideri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.

Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.

Salome Zurabişvili Gürcüstanın ilk qadın prezidentidir. 2013-cü ildən dövlət başçısı postunu Georgi Margvelaşvili tutur. Əvvəllər Zviad Qamsaxurdiya (1991-1992), Eduard Şevardnadze (1995-2003) və Mixail Saakaşvili (2004-2013) prezident olublar.

Rusiya: 1 milyon kvadrat kilometr yararlı torpaq ə...

  • 28 Noyabr 2018
  • comments

“Qalatasaray” Çempionlar Liqasını tərk edir

  • 29 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda