• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropanın yeni planı təxirə düşə bilər   

  • 27 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Avropa İttifaqı yay-qış vaxtına keçiddən imtina planını 2021-ci ilə qədər təxirə sala bilər. Novator.az-ın məlumatına görə, Avropa İttifaqına sədrlik edən Avstriya bununla bağlı məruzə hazırlayıb.

Məruzədə bildirilir ki, həmişəlik yay vaxtına keçməyin saatların ildə bir dəfə irəli, bir dəfə geri çəkilməsindən sərfəli olduğuna kifayət qədər dəlil yoxdur.

Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası bu il yay-qış vaxtına keçid sorğusu aparıb. İyulun 5-dən avqustun 16-na qədər keçirilmiş, 4,6 milyon insanın qatıldığı sorğunun nəticələrinə görə, avropalıların 80%-i yay vaxtının saxlanmasını dəstəkləyib.

Avropa Komissiyasının hazırladığı plana görə, 2019-cu ilin oktyabrından Avropa İttifaqında saatların mövsüm üzrə dəyişməsi ləğv edilməlidir.

Avstriyanın hazırladığı yeni məruzədə isə 2026-cı ilədək standart vaxta keçid mexanizminin il boyunca necə işlədiyini nəzərdən keçirməyə çağırış yer alır. Qeyd olunur ki, Avropa İttifaqının bəzi ölkələri, o cümlədən Portuqaliya, Yunanıstan və Niderland saatların ildə iki dəfə çəkilməsi mexanizmini dəstəkləyir və ya bu qaydadan imtina etmək üçün əlavə əsaslandırma tələb edir.

Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Bu məkanda hər il martın son bazar günündən əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günündən isə əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtı tətbiq olunur.

Səidə Hüseynova 

Hərrac yenilikləri

  • 27 Noyabr 2018
  • comments

Büdcənin kəsir proqnozu 2 milyard manatı ötür

  • 27 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda