• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Belarus səfərinin nəticələri

  • 20 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Şərh

“Azərbaycanla Belarus arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır”. Dövlət başçısı İlham Əliyevin Belarusa rəsmi səfərinin nəticələrini AZƏRTAC-a şərh edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev belə deyib.

Hikmət Hacıyev qeyd edib ki, dövlət başçılarının tapşırıqları əsasında əməkdaşlığın hərtərəfli inkişafının məqsədləri müəyyənləşdirilir: “İndiyədək Azərbaycan prezidenti İlham Əliyev Belarusa beş dəfə, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dörd dəfə rəsmi səfər edib. Bu rəsmi səfərlərin intensivliyi Azərbaycan-Belarus əlaqələrinin inkişaf dinamikasından xəbər verir”.

Şöbə müdirinin sözlərinə görə, prezident İlham Əliyevin Belarusa son rəsmi səfərində dövlət başçılarının təkbətək görüşü 45 dəqiqə nəzərdə tutulsa da, 2 saatdan artıq davam edib: “Bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalanıb: “Bu sənədlər Azərbaycanla Belarus arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, hüquq mühafizə, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən vacib sənəd isə dövlət başçılarının imzaladığı birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb: “Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir.

Həmçinin Belarusla Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir. Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu sanki avtomatik xarakter daşıyır. Yəni hər hansı bir məsləhətləşmə olmadan belə Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır.

Həmçinin Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar anlaşma memorandumu imzalandı. Bu memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək”.

Səfər tədbirləri başlayıb

Müstəqillik sarayında görüş

Azərbaycan-Belarus sənədləri

Minsk bəyanatları

Su içməyin də ziyanı var…

  • 20 Noyabr 2018
  • comments

“Deyənlər olub ki, rəssamlıq hara, təhlükəsizlik ə...

  • 20 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda