Ali təhsil üzrə yeni proqramın detalları
- 19 Noyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Novator.az Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramına nəzər salıb. 2019-2023-cü illəri əhatə edən proqramı prezident İlham Əliyev noyabrın 16-da təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndirəcək.
Sənədin icra istiqamətləri belə sıralanır:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqlərin tələblərinə uyğunlaşdırılması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələri üzrə elmi tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, onların ezamiyyət xərclərinin və əməyinin ödənilməsi sisteminin beynəlxalq standartlara uyğun qurulması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti ilə əmək, tibbi və sosial sığorta, habelə sosial müdafiə sahələrində münasibətlərin şərtlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunması;
əmək bazarının tələbatı nəzərə alınmaqla beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;
xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti və tələbə kontingenti ilə bağlı məlumatların idarə olunması məqsədilə müvafiq ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat strukturlarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı mexanizmin yaradılması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin tədrisə alternativ yollarla cəlb olunması üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi;
beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət və şəxsi vəsait hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması;
beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və cari xərclərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması.
Ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə bu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, o cümlədən xaricdə doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin seçiminə və onların təhsillərinin maliyyələşdirilməsinə dair normativ hüquqi aktların hazırlanması;
xaricdə doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin Azərbaycan Respublikasında işlə təmin olunmaları məqsədi ilə tədbirlər görülməsi, bununla bağlı normativ hüquqi aktların müddəalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil almaları üçün ixtisas istiqamətləri üzrə beynəlxalq reytinqləri nəzərə alınmaqla xarici ali təhsil müəssisələrinin siyahısının müəyyən edilməsi;
Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil alacaqları ixtisas istiqamətlərinin respublikanın inkişaf prioritetlərinə uyğun müəyyən edilməsi;
doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması;
doktorantura səviyyəsi üzrə yüksək reytinqli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili;
doktorantura səviyyəsi üzrə təhsil alanların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi, araşdırma və təhsil nailiyyətlərinin monitorinq sisteminin yaradılması;
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində işlə təminatı sahəsində əlaqələndirmə mexanizminin yaradılması;
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazanın doktorantura səviyyəsi üzrə təhsilin tələblərinə uyğun təkmilləşdirilməsi.
Proqramın maliyyələşdirilməsi mənbələri Dövlət Neft Fondu; beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları; kreditlər və qrantlar; mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri; qanunla qadağan olunmayan digər mənbələrdir.