Mərkəzi Bankın ehtiyatları artıb
Oktyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatı və pul bazası üzrə artımlar qeydə alınıb. Noyabrın 5-də yayılan hesabatlardan belə görünür. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, noyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 536,4 milyon dollar, pul bazasının həcmi 9 milyard 153,3 milyon ...
Hərbi Hava Qüvvələrinin yeni mərkəzi
Hərbi Hava Qüvvələri bölmələrinin idarə edilməsi və texniki-nəzarət mərkəzinin açılışı keçirilib. Mod.gov.az-ın 5 noyabr məlumatına görə, tədbirdə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laborat...
Prezident Qarabağ Atçılıq Kompleksinə baş çəkib
AZƏRTAC-ın Ağcabədidən verdiyi məlumata görə, prezident İlham Əliyev noyabrın 5-də Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib. 1949-cu ildə Ağd...
Büdcə layihəsi: gəlir haradan gələcək?
Azərbaycanın 2019-cu il büdcəsinin layihəsində gəlirlər 22 milyard 917,5 milyon manat nəzərdə tutulub. Novator.az bildirir ki, bu istiqamət üzrə ilk sırada Dövlət Neft Fondundan köçürmə dayanır: proqnoz 11 milyard 364,3 milyon manatdır. Büdcə layihəsində əlavə dəyər vergisindən 4 milyard 97,6 milyon...
Yeni nəşrlər
“Qanun” Nəşrlər Evi kitabsevərlərə yeni nəşrlərini təqdim edir: Oldos Haksli “Yeni cəsur dünya” Hakslinin “Yeni cəsur dünya” əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl...
Ağdam Muğam Mərkəzi açıldı
Noyabrın 5-də prezident İlham Əliyev Ağdam rayonuna səfər edib. Öncə o, əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışına qatılıb. Avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolu...
Prokuror Fədayə Laçına 6 il iş istəyir
Bakı Ağır Cinayətlər Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova) və başqa şəxslərin işi üzrə proses davam edir. 2017-ci il oktyabrın 23-də Astaradan Bakıya etap olunan məhbuslar Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri...
Merkelin kürsüsünə kimlər layiq bilinir?
Almaniyanın “Bild am Sonntag” qəzeti ölkə vətəndaşlarının Xristian Demokrat İttifaqının sədri postunda kimi görmək istədiyini araşdırıb. Liberal partiya olan Xristian Demokrat İttifaqının əsası 1945-ci ildə qoyulub. 2000-ci ildən Xristian Demokrat İttifaqına Angela Merkel sədrlik edir. 2005-ci ildən...
Rüzgarda ruhani element azlığı
İbrahimxəlil Qızıl payızda qızılı yarpaqlara baxa-baxa sanki azadlığının qızıl dövrünü yaşayırsan. Əyriqarın ətəklərindən Sınıq körpüyə qədər – yəni bu ədəbi məkanda – yazdığın payız şeirləri ilə, ruhunu dönə-dönə təmizləməklə, hər dəfə insanın və təbiətin haqqını-dəyərini uca tutmaqla, müxtəsəri, u...
Liderlər və təqibçilər
Fransa milli futbol çempionatında 12-ci tur arxada qalıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə bir xal belə itirməyən PSJ öncüllük edir. 36 xalı olan lideri “Monpelye” və “Lill” izləyir. Hər iki komanda 25 xal yığıb. İtaliya çempionatında 11 turun ardından 31 xalla “Yuventus” liderdir. “İ...
Paşinyan məzuniyyətini Qarabağda keçirib
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan qısamüddətli məzuniyyətini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirib. Novator.az bildirir ki, noyabrın 5-də yayılan məlumata görə, Nikol Paşinyan Xankəndi şəhərində işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə hərbi müşavirə aparıb. M...
On ayda manat 5,1 milyard dollar yeyib
Dövlət Neft Fondu Mərkəzi Bankın oktyabr ayında keçirdiyi valyuta hərraclarında 489,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. Açıqlama noyabrın 5-də yayılıb. Novator.az bildirir ki, rəsmi hesabatlara görə, yanvarın hərraclarında fonddan 299,1 milyon dollar, fevralın hərraclarında 364,1 milyon do...
İrana qarşı sanksiyalar gücləndi
Noyabrın 5-i Bakı vaxtı ilə səhər saat 9-da ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi qüvvəyə minib. Novator.az-ın məlumatına görə, sanksiyaların 600-dən çox şəxsi və şirkəti əhatə edəcəyi açıqlanıb. 2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə ...
5 noyabr məzənnələri
Noyabrın 5-də türk lirəsinin rəsmi kursu 0,3122 manata qalxıb. Daha bir neçə valyuta, o cümlədən İsrail şekeli (0,461 manat), Moldova leyi (0,0993 manat), Ukrayna qrivnası da (0,0606 manat) bahalaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank məzənnələri düşən avronu 1,9353, gürcü larisini 0,6251,...
Nazirin reydləri
Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) yeni hərbi hissəsinin açılışında iştirak edib. O, hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, dig...
Amnistiya aktı qüvvəyə mindi
Ermənistan prezidenti Armen Sərkisyan amnistiya aktını imzalayıb. Novator.az-ın məlumatına görə, parlamentin 1 noyabr iclasında qəbul edilmiş amnistiya aktı 3 ilədək azadlıqdan məhrumetmə cəzası almış şəxsləri həbsdən buraxmağı nəzərdə tutur. Amnistiya 6 ilədək iş almış I və II qrup əlillərə, ehtiya...
Gəncədə əməliyyat
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Gəncədə keçirilmiş əməliyyat barədə rəsmi bilgi yayıb. Açıqlamaya görə, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat, partlayıcı maddələr əldə etmələri, ölkədə terror aktı planl...